Zahid Oruc: "Bu, elmi infrastrukturun qeyri-bərabər paylandığını göstərir"

Zahid Oruc: "Bu, elmi infrastrukturun qeyri-bərabər paylandığını göstərir"
03.12.2025 11:06 Elm və Təhsil

“Elmi ideyalar texnoloji inqilabların mühərrikidir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

O vurğulayıb ki, Azərbaycanda Harvard təhsilli məmurlar, yüksək ixtisaslı kadrlar formalaşıb. Bununla yanaşı Səlcuk Bayraqdar kimi MTİ məzunu olan azərbaycanlının ölkəmizə qayıdaraq burada “MTİ mühiti” yaradacağına da inam böyükdür. Dünyaca tanınmış Lütfi Zadə irsi, “Google”da çalışan Tural Bədirxanlı, NASA-da fəaliyyət göstərən mütəxəssislərimiz, ali təhsildə model kimi qəbul edilən ADA Universiteti bu potensialın parlaq nümunələridir. Texnofestin təşkili isə prezidentin yüz minlərlə gənc üçün Bayraktarı simvola və ideal nümunəsinə çevirməsinin nəticəsidir. Onun fikrincə, ən doğru yol məktəbdən – kompüter və informasiya texnologiyalarından başlamaqdır.

Deputat müqayisəli mənzərəni diqqətə çatdıraraq bildirib ki, Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə çərçivə proqramı “Horizon Europe” fəaliyyətə başladığı vaxtdan İspaniya qurumları R&D layihələri üçün artıq 4 milyard avro qazanıblar. Bu reallıq göstərir ki, iqtisadi inkişaf və məşğulluq daha çox elm və innovasiyaya qoyulan sərmayənin nəticəsi olur. Azərbaycanda isə müstəqillikdən sonra artıq elmin idarəçiliyi üzrə ayrıca nazirlik mövcuddur və cəmiyyət elmi tədqiqat qurumlarından Big Data, süni intellekt, 5G texnologiyaları, dronlar, sosial robotlar kimi sahələrdə inqilabi yeniliklər gözləyir.

“Nailiyyətlər də az deyil. 2024-cü ilin ilk səkkiz ayında azərbaycanlı alimlərin “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 1800-dən 2382-yə yüksəlib. Lakin 2017-ci ildə verilmiş rəsmi açıqlamada fəlsəfə doktoru proqramını bitirənlərin cəmi 13 faizinin, elmlər doktoru proqramını bitirənlərin isə 11 faizinin dissertasiyanı vaxtında müdafiə etdiyi bildirilmişdi. Əgər 2025-ci il üzrə göstəricilər də açıq mənbələrdə olsaydı, elmdə nəsillərarası varisliyin vəziyyətini, həmçinin elmlər doktoru hazırlığının illik dinamikasını izləmək mümkün olardı. Bundan başqa, elmi tədqiqat müəssisələrinin 100-dən 90-nın paytaxtda yerləşməsi elmi infrastrukturun qeyri-bərabər paylandığının göstəricisidir”, - Z.Oruc əlavə edib.  

Parlamentari bildirib ki, dünyada elmi tədqiqatların böyük hissəsi qrant layihələri hesabına aparılır, lakin yerli alimlər bu qrantlara çıxışda çətinliklərlə üzləşirlər. Bunun əsas səbəbi elmi işlərin beynəlxalq standartlara tam cavab verməməsi və xarici dil biliklərinin yetərincə olmamasıdır. 

O, tədqiqat institutlarında müasir laboratoriya avadanlıqları, arxiv və kitabxana təminatı, mövzu seçimi, beynəlxalq elmi inteqrasiyanın zəifliyi, elmi jurnalların say və təsir dairəsinin genişləndirilməsi kimi məsələlərin də hələlik tam həllini tapmadığını vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Bütün Xəbərlər