Magistraturaya qəbul nəticələri açıqlandı

Magistraturaya qəbul nəticələri açıqlandı
29.07.2026 18:03 Elm və Təhsil

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlisiniz. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

NEWS FEED
29 JULY 2026
Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər” 20:40 ABŞ Fransanın yeni səfirini qəbul etməyəcək? - SƏBƏB bu imiş 20:30 ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi 19:40 Zelenski ABŞ-dən qayıdanda “yolüstü” Polşaya da “dəydi” 19:33 Atası ilə çimməyə getdi, faciə ilə üz-üzə qaldı - 16 yaşlı yeniyetmənin vəziyyəti necədir? 19:28 Rusiya Odessada mühüm hədəfləri vurdu 19:15 Lavrov: “Rusiya müqəddəsdir, çətin anlarda yuxarıdan yardım gəlir” 19:04 Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi 18:33 Əli Cavadlı dünya çempionatında gümüş medal qazandı 18:22 Bu ərazilərdə təsərrüfat işi aparanlar diqqətli olsun! - YENİ TƏLƏBLƏR 18:19 Xalq artistinin adı bu məktəbə verildi 18:12 Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 All News