Magistraturaya ixtisaslaşma seçimi başlanır

Magistraturaya ixtisaslaşma seçimi başlanır
21.07.2026 09:28 Elm və Təhsil

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır.

Bu barədə TodayPress TV-yə DİM-dən məlumat verilib.

İxtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Həmin bakalavrlar 26 iyul saat 23:59-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır. (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).

Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

"Magistr" jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

TodayPress TV

NEWS FEED
21 JULY 2026
Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda İLK QOL - YENİLƏNDİ 20:02 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 “İran üçün hər cür imkan yaradıldı” - Heqset 19:58 Ağ Evdə kritik görüş: Tramp Livanlı həmkarı ilə 19:46 İlham Əliyev Almaniyadan yeni görüntülər paylaşdı - VİDEO 19:36 Minlərlə insan sudan zəhərləndi, rəhbərlər həbs olundu 19:30 Ermənilər Azərbaycana güləşməyə gəlir 19:22 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 19:10 Paytaxtda yanğın başlayıb - Əraziyə çoxsaylı yanğınsöndürənlər göndərildi 18:56 Lukaşenko pis işləyən məmurları Ukrayna sərhədinə “ezamiyyət”ə yollayacaq 18:51 İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı 18:35 Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır 18:26 İran Küveytə zərbələr endirir - TƏCİLİ - VİDEO 18:14 Ömürlük cəza alanların apellyasiyası davam edir - Məhkəmədə nələr baş verdi? 18:06 Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 All News