Doğum günündə MİQ-də 94 bal topladı

Doğum günündə MİQ-də 94 bal topladı
14.07.2026 23:24 Elm və Təhsil

Bu gün müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin ilk günüdür. İmtahandan çıxan namizədlərin üzündə müxtəlif duyğular oxunurdu. Kimi nəticəsini səbirsizliklə gözləyir, kimi isə artıq imtahanı geridə qoymağın rahatlığını yaşayırdı.

TodayPress TV Muallim.edu.az-a istinadən xəbər verir ki, bu gün sevincli nəticə ilə imtahandan ayrılanlardan biri də Lalə Rəhimova idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzun olan Lalə MİQ-də üçüncü dəfə iştirak edib və 100 mümkün baldan 94-nü toplayıb. Üstəlik, bu gün onun doğum günüdür.

“Bu gün mənim üçün ikiqat əlamətdardır. Həm doğum günümdür, həm də 94 bal toplamışam. Özümlə fəxr edirəm. Müəllimlərimə minnətdaram. Bu nəticə yuxusuz gecələrin, davamlı hazırlaşmağın bəhrəsidir. Çox şükür ki, əziyyətim yerdə qalmadı”, - deyə o sevincini gizlətmirdi.

Lalə Rəhimova bu nəticəni gözləmədiyini də etiraf edir. Son sınaq imtahanında 86 bal topladığını deyən namizəd əsas imtahanda 87-88 bal gözlədiyini, ekranda 94 rəqəmini görəndə isə buna inanmaqda çətinlik çəkdiyini söyləyir.

İmtahanın çətinlik səviyyəsini ümumilikdə normal qiymətləndirən gənc müəllim namizəd hesab edir ki, yaxşı hazırlaşan namizədlər üçün ixtisas sualları çətin deyildi. Onun fikrincə, kurikulum sualları daha çox düşündürürdü.

“Riyaziyyat suallarını çox rahat yazdım, hətta cavablarımı iki dəfə yoxladım. Kurikulum isə düşündürücü idi. Bu, normaldır. Amma bəzi suallarda cavab variantları bir-birinə çox yaxın idi. Elə situasiyalar var ki, müxtəlif müəllimlər fərqli cavab seçsələr belə, hər ikisinin məntiqini əsaslandırmaq mümkündür. Məncə, variantlar arasında fərq daha konkret olsa, qiymətləndirmə daha ədalətli olar”, – deyə o fikirlərini bölüşür.

Bu, Lalə Rəhimovanın ilk MİQ təcrübəsi deyil. Əvvəlki illərdə topladığı nəticələr də zəif olmayıb, lakin vakant yerlər rayonlarda olduğu üçün işləmək imkanı əldə edə bilməyib. Bu dəfə isə ən böyük arzusu Bakıda müəllim kimi fəaliyyətə başlamaqdır.

“Ailəmlə birlikdə Bakıda yaşayıram. Əvvəlki illərdə rayonlara düşürdüm. Bu dəfə ümid edirəm ki, nəticəm Bakıda işləməyimə imkan verəcək”, – deyə o bildirir.

Söhbətin sonunda isə gələcək şagirdləri ilə bağlı arzusunu bölüşür: “Universitetə qəbul olunanda da ilk seçimim müəllimlik idi və həmin ixtisasa qəbul oldum. Ümid edirəm ki, gələcək şagirdlərim də mən onları sevəcəyim qədər məni sevərlər”.

NEWS FEED
15 JULY 2026
Azərbaycanlıların olduğu gəminin vurulma GÖRÜNTÜLƏRİ - VİDEO 01:10 Köhnə Günəşlidə yaşayış binalarının yaxınlığında güclü yanğın - VİDEO 01:05 DÇ-2026: İspaniya yarımfinala yüksələn ilk komanda oldu - YENİLƏNDİ 23:02 İran ilk dəfə Küveyt hərbi gəmisini hədəfə aldı 00:41 15 İyul çevriliş cəhdindən 10 il ötür 00:21 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldı 00:15 İranda eyni vaxtda bir neçə partlayış baş verdi - TƏCİLİ 00:09 ABŞ İrana qarşı yeni hava hücumlarına başladı 00:06 XİN: Odessa sahillərində hücuma məruz qalan gəmidə 11 azərbaycanlı olub - TƏCİLİ 00:01 ABŞ İrana yeni zərbələrə başladığı elan etdi 23:49 TƏCİLİ: İrəvanda nə baş verir? - Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO 23:44 Tramp Netanyahudan tələb etdi: “Suriyadakı qoşunları geri çəkin!” 22:14 UEFA Çempionlar Liqası: "Sabah" qələbə qazandı - VİDEO 22:05 Doğum günündə MİQ-də 94 bal topladı 23:24 SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu 23:13 Azov dənizində “gəmi ovu”: 9 gündə 116 gəmi hədəfə alındı - VİDEO 22:50 İran Bəhreyni vurur - VİDEO 22:39 İranda partlayış səsləri eşidildi 22:29 Peter Pelleqrini Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşdü 21:50 İran Bəhreyni kaset sursatı ilə hədəfə aldı - VİDEO 21:38 Ərdoğan təcili Dohaya getdi - Səbəb məlum oldu 21:31 Putin “qiyamət günü təyyarəsi”ni İrana göndərdi 21:19 4 ildən sonra ilk dəfə Fransa millisi kondisionerli stadionda oynayacaq 20:53 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 20:45 Sabahdan 39 nömrəli marşrut əvvəlki kimi işləməyəcək 20:41 All News