BDU-nun tanınmış professoru vəfat etdi

BDU-nun tanınmış professoru vəfat etdi
19.07.2026 15:45 Elm və Təhsil

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə universitetdən bildirilib.

Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. 204 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən Universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləyib. Əmrah Dadaşov 1981-ci ildən indiyədək Qədim dünya və orta əsrlər tarixi kafedrasında çalışıb, uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini olub. 1986-cı ildə “Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildə professor elmi adı alıb.

Görkəmli tarixçi 100-dən çox elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifi olub. Professor Əmrah Dadaşovun əsas tədqiqat sahəsi paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı idi. Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinə dair araşdırmalarında o, Şimali Azərbaycanın paleometal dövrü abidələri və Urmiyayanı bölgənin yaşayış məskənlərini tədqiq edib.

NEWS FEED
22 JULY 2026
İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 All News