AQC ilə BAAU arasında memorandum imzalandı

AQC ilə BAAU arasında memorandum imzalandı
19.12.2025 22:15 Elm və Təhsil

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bununla əlaqədar olaraq BAAU-da rəsmi görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə AQC-dən məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan BAAU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov bildirib ki, ali təhsil müəssisələrinin peşəkar ictimai birliklərlə əməkdaşlığı müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, təhsil müəssisələri ilə əmək bazarı əlaqələrinin gücləndirilməsi tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, onların ixtisaslı kadr kimi formalaşmasına xidmət edir. Rektor imzalanan memorandumun bu istiqamətdə mühüm addım olduğunu vurğulayıb.

Daha sonra AQC-nin sədri Vüqar Oruc çıxış edərək qurumun fəaliyyət istiqamətləri, qiymətləndirmə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, peşəkar qiymətləndirici kadrların hazırlanmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib və BAAU ilə bu günə qədər olan əməkdaşlığın gələcəkdə də faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında birgə təlimlərin, seminar və treninqlərin təşkili, elmi-praktiki tədbirlərin keçirilməsi, tələbələrin peşə təcrübələrinin təşkili, eləcə də qiymətləndirmə sahəsində bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edənlər bu əməkdaşlığın həm təhsil, həm də qiymətləndirmə sahəsinin inkişafına töhfə verəcəyini, eləcə də ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildiriblər.

Görüşün sonunda BAAU ilə AQC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, sənəd AQC ilə BAAU arasında uzunmüddətli və sistemli əməkdaşlığın qurulmasını, qarşılıqlı fəaliyyətin institusional əsasda davam etdirilməsini nəzərdə tutur.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 All News