Akkreditasiya tələbləri yumşaldıldı: Universitetlər üçün hansı imkanlar yaranacaq?

Akkreditasiya tələbləri yumşaldıldı: Universitetlər üçün hansı imkanlar yaranacaq?
05.12.2025 17:46 Elm və Təhsil

“Təhsili müəssisələrinin akkreditasiyası üçün tələb olunan bal həddinin aşağı salınması tamamilə müsbət qərardır və bu addım həm mövcud universitetlər, həm də gələcəkdə fəaliyyətə başlayacaq ali təhsil müəssisələri üçün əlavə motivasiya yaradacaq”.

Bunu təhsil eksperti Elmin Nuri TodayPress TV-yə danışarkən deyib.


Ekspert əlavə edib ki, universitetlərin sayı azdır, tələbə sayı da kifayət qədər deyil. 

“Biz bir tərəfdən deyirik ki, universitet sayı artsın, digər tərəfdən balların azalmasına etiraz edirik. Halbuki keyfiyyətin təmin olunması üçün akkreditasiya balı tək həlledici amil deyil. Yeni yanaşma ali məktəblərin fəaliyyətində daha çevik və real qiymətləndirmə mexanizmi yarada bilər. Yumşaldılan tələblər universitetlərin akkreditasiyadan keçməsini asanlaşdırmaqla yanaşı, onlara inkişaf üçün vaxt və imkan tanıyacaq. Akkreditasiya yalnız bal deyil, ümumi idarəetmədən tutmuş tədrisin keyfiyyətinə qədər geniş bir prosesdir. Balların aşağı endirilməsi keyfiyyətin düşməsi anlamına gəlmir”.

Onun sözlərinə görə, cəmiyyətin gözləntiləri ilə reallıq arasında ziddiyyət yaranıb:

“Son vaxtlar qaydaların sərt olduğundan şikayət edən çoxlu sayda ekspert və təhsil işçisi görürdüm. İndi isə ballar aşağı salındığı üçün başqa bir kəsim narazılıq edir. Bəs nə istəyirik, sərt qaydalar, yoxsa yumşaq?”.

Elmin Nuri vurğulayıb ki, akkreditasiyadan keçməyən universitetlər fəaliyyətlərini qanunvericiliyin müəyyən etdiyi çərçivədə ya məhdudlaşdırmalı, ya da qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün vaxt alaraq yenidən müraciət etməlidirlər:

“İllik qiymətləndirmə mexanizmləri və təkrar akkreditasiya prosedurları vasitəsilə təhsil müəssisələrinin fəaliyyəti nəzarətdə saxlanılacaq. Dəyişikliklər ali təhsildə rəqabəti artırmaqla yanaşı, yeni ali təhsil təşəbbüslərinin yaranmasına da şərait yaradacaq”.

Qeyd edək ki, təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qaydalara edilən dəyişikliklər son günlər təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. 

Yeni qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üçün tələb olunan bal həddi aşağı salınıb. Bundan sonra maksimum bal hər bir meyar üzrə indikatorların sayı və həmin indikatorlar üçün müəyyən edilən maksimum bal əsasında hesablanacaq.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News