Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirildi

Xaricdən Azərbaycan universitetlərinə köçürülmə ilə bağlı iddialara aydınlıq gətirildi
06.08.2025 20:30 Elm və Təhsil

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair iddialara aydınlıq gətirib.

Dövlət Agentliyindən TodayPress TV-yə bildirilib ki, qaydalara əsasən tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə normal hesab edilən dərslərin ən azı 50%-ni keçə bilməlidir.

Diqqətə çatdırılıb ki, bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürərək təhsillərini çox uzun müddətə bitirirlər, lakin bu ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil: “Qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir. AR NK-nın 348 saylı qərarı da eyni müddəanı müəyyən edir”.

Agentlikdən o da bildirilib ki, xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdırlar: “Bu tələblə bağlı bir halda istisna edilir, o da əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-də olubsa. Həmçinin Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan isə universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Qaydalara əsasən həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir”.

Əlavə olaraq o da bildirilib ki, Agentlik köçürülmə prosesinə nəzarət edən qurumdur, köçürülmə ilə bağlı qərarlar ali təhsil müəssisələri tərəfindən qəbul olunur. Əgər tələbələr proseslə bağlı hər hansı çətinliklə üzləşsələr köçürülmək istədikləri müəssisəyə müraciət edə bilərlər.

Qeyd edək ki, tələbələr iddia edir ki, ya onlara kredit sayı bəhanəsi ilə, ya da YÖS imtahanı ilə bağlı müxtəlif arqumentləri səbəb göstərilir və köçürülmə prosesi həyata keçirilmir. Belə ki, tələbələrin sözlərinə görə, onların böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub, lakin agentlik onlara yalnız TR-YÖS nəticələri etibarlı olduğunu deyir. Hətta bəzi tələbələr Təhsildə Keyfiyyət Təminatı Agentliyinə köçürülmə ilə bağlı rəsmi şəkildə 250 manat dövlət rüsumunun ödədiyini və köçürülmə üçün şəhadətnamə də aldığını iddia edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər