Zelenski TƏCİLİ müşavirə keçirdi - Rusiya yeni istiqamətdən hücuma hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin yeddi ordu korpusunun və 30-cu Dəniz Piyadaları Korpusunun komandirləri ilə müşavirə keçirib.
TodayPress TV xəbər verir ki, məlumata görə, görüşdə Rusiyanın şimal istiqamətində mümkün hərbi fəaliyyətinə hazırlıq, pilotsuz uçuş aparatlarından müdafiə və cəbhə xəttində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi əsas müzakirə mövzuları olub.
Zelenski bildirib ki, komandirlər cəbhədəki vəziyyət, Rusiya qoşunlarının aktivliyi və görülən əks-tədbirlər barədə məruzə ediblər.
Müşavirədə, həmçinin Xerson, Nikopol və Dnepropetrovsk vilayətinin digər yaşayış məntəqələrinin müdafiəsinin gücləndirilməsi məsələləri də müzakirə olunub.
Kübra Musayeva