Zelenski: "Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır"

Zelenski: "Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır"
25.12.2025 23:30 Dünya

"Sülh sazişi üzrə bəzi sənədlər artıq hazırdır".

TodayPress TV ”RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri - Stiv Uitkoff və Cared Kuşner ilə bir saatlıq telefon danışığı aparıb:

"Bu, həqiqətən yaxşı söhbət idi: çoxlu detallar var, yaxşı ideyalar mövcuddur və biz onları müzakirə etdik. Real sülhü yaxınlaşdırmaq üçün bəzi yeni ideyalarımız var və bu, formatlara, görüşlərə və əlbəttə ki, vaxt məsələlərinə aiddir".

Zelenski əlavə edib ki, Ukraynanın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov dekabrın 25-də ABŞ-nin sülh təşəbbüslərinin müzakirəsini Vaşinqton nümayəndələri ilə davam etdirəcək.

Prezidentin sözlərinə görə, mühüm məqam ondan ibarətdir ki, sülh sazişi ilə bağlı bəzi sənədlər artıq hazırlanıb:

"Mən görürəm ki, onlar demək olar tam hazırdır - bəzi sənədlər artıq hazırdır. Əlbəttə, həssas məsələlər üzərində hələ işləmək lazımdır".

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News