Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ
ÇXR hakimiyyəti transsərhəd hesablaşmaların həyata keçirilməsi zamanı yuanın daha miqyaslı istifadəsi üçün tədbirləri aktivləşdirir.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Xalq Bankı (ÇXB) məlumat yayıb.
Göstərilən qurumun saytında dəqiqləşdirildiyi kimi, müvafiq məsələlər ÇXB-nin cari ilin ikinci yarısı üçün tapşırıqların icrasına dair işçi müşavirəsində müzakirə olunub.
"Çin transsərhəd ticarət və investisiya fəaliyyətinin sadələşdirilməsi üzrə islahatları dərinləşdirəcək, yuanda transsərhəd hesablaşmalar sisteminin formalaşdırılmasını irəlilədəcək, transsərhəd hesablaşmalar sahəsində beynəlxalq əməkdaşlığı aktivləşdirəcək, rəqəmsal yuan üçün müvafiq infrastrukturu təkmilləşdirəcək", - deyə məlumatda vurğulanır.
Aysel Mətləb