Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi

Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi
21.06.2026 13:00 Dünya

Yaponiya hökuməti 1978-ci ildən bəri ilk dəfə xarici vətəndaşlar üçün viza rüsumlarını artırmaq qərarına gəlib. Yeni tariflərə əsasən, bəzi vizaların qiyməti beş dəfəyədək bahalaşacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The Japan Times" nəşri hökumətin müvafiq qərarına istinadən məlumat yayıb.

Məlumata görə, birdəfəlik viza üçün rüsum hazırkı 3 000 yendən 15 000 yenə (təxminən 32 manatdan 160 manata), çoxdəfəlik viza üçün isə 6 000 yendən 30 000 yenə (təxminən 63 manatdan 316 manata) qaldırılacaq.

Yeni rüsumlar 2026-cı il iyulun 1-dən və ya həmin tarixdən sonra təqdim edilən müraciətlərə şamil olunacaq.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi bildirib ki, bu qərar ölkədə yüksək inflyasiya və milli valyutanın dəyərinin zəifləməsi ilə əlaqədardır.

Hökumət əlavə gəlirləri yapon dili proqramlarının genişləndirilməsinə, eləcə də ölkədə qanunsuz qalma hallarına qarşı mübarizənin gücləndirilməsinə yönəltməyi planlaşdırır.

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 All News