“Windows” istifadəçilərinə xəbərdarlıq..

“Windows” istifadəçilərinə xəbərdarlıq..
11.02.2026 06:00 Dünya

“Microsoft” korporasiyası “Windows 10” və “Windows 11” əməliyyat sistemlərində istifadə olunan təhlükəsizlik sertifikatlarının tezliklə yenilənəcəyini bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb. 

Məlumata görə, “Microsoft” 2011-ci ildən etibarən əməliyyat sistemlərində “Secure Boot” təhlükəsizlik sertifikatlarından istifadə edir. Bu sertifikatlar “Windows” işə düşməzdən əvvəl imzalanmamış və potensial zərərli kodların yüklənməsinin qarşısını almaq məqsədi daşıyır. 

Şirkət bildirib ki, yazın əvvəlindən etibarən köhnəlmiş sertifikatların yenilənməsi və dəyişdirilməsi prosesi başlayacaq.  

“Windows” bloqunda açıqlama verən “Microsoft” nümayəndəsi Nuno Kosta qeyd edib ki, kriptoqrafik təhlükəsizlik inkişaf etdikcə sertifikatlar və açarlar etibarlı müdafiəni təmin etmək üçün mütəmadi olaraq yenilənməlidir və bu, standart sənaye təcrübəsidir. 

O, istifadəçiləri əməliyyat sisteminin yeniləmələrinə mane olmamağa və onları diqqətdən kənarda qoymamağa çağırıb. Bildirilib ki, yeni “Secure Boot” sertifikatları istifadəçilərin əksəriyyəti üçün avtomatik şəkildə quraşdırılacaq və sertifikatların aktuallığı “Windows” Yeniləmə Mərkəzində yoxlanıla bilər. 

Qeyd olunub ki, “Secure Boot” sertifikatlarının yeni versiyalarını əhatə edən yeniləmələr “Windows” istifadəçiləri üçün mart ayından etibarən paylanacaq. 

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 All News