"WhatsApp" Rusiyada tətbiq olunan məhdudiyyətlərdən şikayət etdi

"WhatsApp" Rusiyada tətbiq olunan məhdudiyyətlərdən şikayət etdi
23.12.2025 19:45 Dünya

Meta şirkətinə məxsus "WhatsApp" messenceri Rusiya hakimiyyətini bayramlar ərəfəsində 100 milyondan çox vətəndaşı şəxsi ünsiyyət hüququndan məhrum etməyə cəhd göstərməkdə ittiham edib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, məlumata görə, Meta Rusiyada ekstremist təşkilat kimi tanınır və fəaliyyəti qadağandır.

"WhatsApp"ın sözçüsü bildirib ki, tətbiq Rusiyanın bütün regionlarında valideyn, iş, ailə və dost qrupları daxil olmaqla geniş istifadə olunur. Onun sözlərinə görə, istifadəçiləri dövlət tərəfindən tətbiq edilən alternativ platformalara məcbur etmək təhlükəsizlik risklərini artıra bilər.

Xatırladaq ki, avqust ayında Rusiya hakimiyyəti "WhatsApp" və "Telegram" üzərindən zəngləri bloklamağa başlayıb. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bu addımı fırıldaqçılıq halları və mesajlaşma xidmətlərinin yerli qanunvericiliyə əməl etməməsi ilə əsaslandırıb.

Dekabrın 22-də isə Roskomnadzor "WhatsApp"ın fəaliyyətinin ölkə ərazisində yavaşladıldığını açıqlayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl verdiyi açıqlamada ölkədə heç bir xidmətin qadağan olunmadığını bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
06 AUGUST 2026
Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 All News