Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA

Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA
17.06.2026 06:00 Dünya

1640-cı ildə Filippində Parker vulkanının püskürməsi Çində Min sülaləsinin süqutuna səbəb olan amillərdən biri ola bilər. Bern Universitetinin Tarix İnstitutunun tədqiqatçısı Riçard Uorren bu qənaətə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "South China Morning Post" qəzetində dərc olunub.

Tədqiqata əsasən, vulkan püskürməsi Çinin bir hissəsini artıq bürümüş uzunmüddətli quraqlıq dövründə baş verib. Püskürmədən sonra quraqlıq daha üç il davam edib və alimlər bunun regionda son beş əsrin ən şiddətli quraqlığına səbəb olduğunu bildirirlər.

Yaranan ərzaq qıtlığı aclığa, xəstəliklərin kütləvi yayılmasına və kəndli üsyanlarının başlamasına yol açıb. Bu gərginlik fonunda üsyançıların lideri Li Tszıçen Pekini ələ keçirib. Şəhərin işğalından sonra Min sülaləsinin sonuncu imperatoru intihar edib və bununla da sülalənin 276 illik hakimiyyətinə son qoyulub.

Qeyd edək ki, R.Uorren Min və Tsin sülalələri dövründə - 1440-cı ildən 1900-cü ilə qədər baş vermiş 13 böyük vulkan püskürməsini araşdırıb. Tədqiqat zamanı, həmçinin 1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi də təhlil edilib.

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
"Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan ediləcək - RƏSMİ 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 All News