Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynadakı müharibənin yaxın zamanda başa çatacağına əmin olmadığını və qarşıdakı qışın həm Ukrayna, həm də bütün Avropa üçün çətin keçə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Vuçiç bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Əmin deyiləm ki, müharibə tezliklə başa çatacaq. Qarşıda həm Ukrayna, həm də hamımız üçün ağır qışın olacağından narahatam. Müharibənin tezliklə başa çatması üçün yol görmürəm”, - deyə o qeyd edib.
Serbiya lideri həmçinin Ukraynanın Avropa İttifaqına üzvlük yolunda Belqradın dəstəyinə arxalana biləcəyini vurğulayıb.
Vuçiç bildirib ki, Serbiya BMT Nizamnaməsini və Ukrayna da daxil olmaqla, bütün üzv dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir.
Kübra Musayeva