Ukraynanın Drujkovka şəhəri bombalandı

Ukraynanın Drujkovka şəhəri bombalandı
04.02.2026 22:15 Dünya

Fevralın 4-də Rusiya ordusu Ukraynanın Drujkovka şəhərində bazara kaset mərmiləri ilə zərbələr endirib, şəhərin özünə isə iki aviabomba atıb. Hazırda 7 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı məlumdur.

TodayPress TV  xəbər verir ki, bu barədə Donetsk vilayəti Dövlət Administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi cəbhə xəttinə yaxın yerləşən şəhəri kaset mərmiləri ilə atəşə tutub. Zərbə insanların səhər saatlarında kütləvi toplaşdığı məkan olan bazara dəyib.

“Bu, növbəti məqsədli hərbi cinayətdir və Rusiya üçün “atəşkəs” barədə bütün bəyanatlarının heç bir dəyəri olmadığını bir daha göstərir. Yaşı 43-dən 81-ə qədər olan ən azı 7 nəfər həlak olub. 50-72 yaş aralığında olan 15 nəfər isə yaralanıb”, - Vadim Filaşkin vurğulayıb.

Bütün aidiyyəti xidmətlər hadisə yerindədir, zərərçəkənlərə yardım göstərilir və zərbələrin nəticələri aradan qaldırılır. Sənaye zonası, 3 çoxmərtəbəli bina və 3 fərdi yaşayış evinə ziyan dəyib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 All News