Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron...

Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron...
30.06.2026 11:04 Dünya

Rusiya paytaxtı yenə Ukrayna donlarının hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Moskva regionunun səmasında 61 pilotsuz uçuş aparatı vurulub.

Moskva meri Sergey Sobyanin Ukrayna PUA-larının Moskva istiqamətində uçarkən vurulduğunu, dronların parçalarının düşdüyü yerdə təcili xidmətlərin çalışdığını açıqlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, dron Yeqoryevsk şəhərindəki fərdi evə düşəndən sonra yanğın baş verib. Nəticədə insanlar dağıntılar altında qalıb, xilasedicilər 4 nəfəri dağıntılar altından çıxarıblar, lakin altı aylıq körpə xəstəxanaya aparılarkən yolda ölüb.

Hava Hücumundan Müdafiə sistemlərinin Moskva vilayətinin Domodedovo, Çexov, Dubna, Kaşira, Voskresensk, Pavlovski Posad, Odintsovo, Bronnitsı, Ramenskoye, Stupino, Kolomna və Yeqoryevsk rayonlarında 60 dron hücumunu dəf etdiyi bildirilib.

Vorobyov əlavə edib ki, Dubnada dron inzibati binaya ziyan vurub, lakin xəsarət alan olmayıb.

Rusiya “Telegram” kanalları Dubnada Ukrayna dronlarının hədəfinin kosmik mərkəz olduğunu yazıb.

Moskvaya dron hücumu hava limanlarının müvəqqəti bağlanmasına səbəb olub. Belə ki, Rusiya paytaxtının “Domodedovo” və “Vnukovo” hava limanlarında təyyarələrin uçuşu və enişinə məhdudiyyətlər qoyulub.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

TodayPress TV

NEWS FEED
15 AUGUST 2026
Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 All News