Ukrayna nümayəndə heyəti danışıqlar üçün Moskvaya gedə bilər

Ukrayna nümayəndə heyəti danışıqlar üçün Moskvaya gedə bilər
11.02.2026 16:02 Dünya

Sülh danışıqları prosesini sürətləndirmək üçün bir sıra qeyri-adi variantlar müzakirə olunur və bu variantlardan biri Ukrayna nümayəndə heyətinin Moskvaya gedib Putinlə danışıqlar aparmasıdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Times of Ukraine” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verə bilərlər: "Bunun səbəbi odur ki, hazırda Rusiyanın danışıqlar qrupu əvvəlki ilə müqayisədə daha konstruktiv olsa da, hələ də Rusiyada heç bir təsiri və müvafiq qərarlar qəbul etmək səlahiyyətləri yoxdur. Bu səbəbdən danışıqlar faktiki olaraq yerində sayır”.

Qeyd edilib ki, sonuncu danışıqlarda Əmirliklərə və ya ABŞ-a dəfələrlə getməyin mənası yoxdur, görüşlər qərar veriləcək yerdə keçirilməlidir: "Uitkoff və Kuşner təhlükəsizlik zəmanətçiləri rolunu oynamağı təklif edirlər. Təklif olunan variant sırasında amerikalı vasitəçilərin təyyarəsinin Varşavadan Ukrayna nümayəndə heyətini götürərək Moskaya birbaşa Putinlə danışıqlar aparması da yer alıb. Lakin bu zaman 2023-cü ildə Rusiya tərəfindən saxta ittihamlarla qiyabi həbs edilən Kirill Budanovun bu prosesdə iştirakı sual altında qalacaq".

Jalə Rövşən

TodayPress TV


NEWS FEED
16 JUNE 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 All News