İraqda İtaliya bazası vuruldu

İraqda  İtaliya bazası vuruldu
12.03.2026 15:03 Dünya

İraqın Ərbil şəhərindəki İtaliya bazasına raket zərbəsi endirilib, lakin hər hansı bir itki və ya xəsarət qeydə alınmayıb.

TodayPress TV "ANSA"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto məlumat verib.

"Ərbildəki bazamıza raket dəyib. İtaliyalı personal arasında itki və ya xəsarət alan olmayıb", - nazir bildirib.

Xarici İşlər naziri Antonio Tajani isə əlavə edib ki, bazanın digər ölkələrin obyektlərini də əhatə edən kompleksin bir hissəsi olub və raketin konkret kimə yönəldiyi hələ məlum deyil. Hazırda raketin İran ərazisindən, yoxsa İraqda fəaliyyət göstərən iranpərəst qruplardan atıldığı da aydın deyil.

Qeyd edək ki, Yaxın Şərqdə müxtəlif missiyalarda təxminən 2 000 italyan əsgəri xidmət edir. Onların təxminən 1 000-i BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindədir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Bütün Xəbərlər