Ukrayna 36 PUA göndərdi, Voronejdə fövqəladə vəziyyət elan edildi
Rusiyanın Voronej vilayətinin şəhərətrafı ərazilərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yaranmış fəsadların aradan qaldırılması məqsədilə fövqəladə vəziyyət elan edilib.
TodayPress TV xəbər verir ki, regional hökumətin mətbuat xidmətinin məlumatına görə, fövqəladə vəziyyət iyulun 23-ü saat 08:00-dan etibarən şəhərətrafı rayonun bir neçə kənd yaşayış məntəqəsində qüvvəyə minib.
Bildirilib ki, qərar zədələnmiş və ya məhv olmuş əmlakın bərpası prosesini sürətləndirmək məqsədi daşıyır.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə açıqlamasında qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri iyulun 23-nə keçən gecə bölgəyə yönəlmiş 36 Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Jalə Rövşən