Üç zərərli səhər vərdişi açıqlandı

Üç zərərli səhər vərdişi açıqlandı
17.05.2026 05:00 Dünya

Onkoloq Vladimir İvaşkov sağlamlığa ciddi zərər vuran üç səhər vərdişindən imtina etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, həkim bu barədə öz "Telegram" kanalında xəbərdarlıq edib.

1. Acqarına qəhvə içmək

İvaşkov səhərlər acqarına qəhvə içməməyi məsləhət görür. Məsələ burasındadır ki, bu içki qanda kortizolun ("stres hormonu") səviyyəsini artırır. Səhər saatlarında kortizol səviyyəsi onsuz da yüksək olduğu üçün qəhvə qəbulu insanda əlavə narahatlıq və qıcıqlanma hissi yarada bilər.

2. Acqarına dərman qəbul etmək

Həkim xüsusilə "Ibuprofen" və "Aspirin" kimi qeyri-steroid iltihabəleyhinə preparatları acqarına qəbul etməkdən çəkinməyə çağırıb. O vurğulayıb ki, bu vərdiş mədə xorasının inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

3. İntensiv səhər məşqləri

V.İvaşkovun sözlərinə görə, səhərlər həddindən artıq ağır idmanla məşğul olmaq zərərlidir:

"Tədqiqatlar göstərir ki, acqarına edilən məşqlər zamanı performans 10-20% azalır və bədənin bərpası zəifləyir. Yüngül gəzinti faydalı olsa da, ağır yüklənmələr tövsiyə edilmir. Məşqdən 1-1.5 saat əvvəl zülal və karbohidrat tərkibli yüngül qidalar qəbul etmək lazımdır", - deyə mütəxəssis bildirib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 All News