Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı

Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı
29.06.2026 21:41 Dünya

Türkiyə Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini gözləyir.

TodayPress TV Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı deyib.

Bildirilib ki, söhbət zamanı Türkiyə-Almaniya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayaraq bunun üçün qarşılıqlı addımların davam etdirilməsinin vacibliyini qeyd edib.

Türkiyə lideri Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini və transatlantik əlaqələrin qorunması üçün güclü siyasi iradənin nümayiş etdirilməsini gözlədiyini bildirib.

Ərdoğan həmçinin Türkiyənin Rusiya-Ukrayna müharibəsinin davamlı sülhlə başa çatması üçün səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 7-8 iyul tarixlərində Ankarada NATO liderlər sammiti keçiriləcək.

TodayPress TV

NEWS FEED
18 AUGUST 2026
2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 All News