Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq?
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba ilə bağlı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə, sanksiya və iqtisadi təzyiqin gücləndirilməsi üzərində cəmləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton Kuba hakimiyyətinin gəlir mənbələrinin qarşısını almaq və daxili ziddiyyətləri gücləndirmək niyyətindədir. Məqsəd daha əvvəl ABŞ-nin dəyişikliklərlə bağlı tələblərini rədd edən rəhbərliklə danışıqlar üçün şərait yaratmaqdır.
Xatırladaq ki, daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset Vaşinqton administrasiyasının Kuba ilə bağlı gələcək addımların bütün variantlarını, o cümlədən hərbi əməliyyatları nəzərdən keçirdiyini bildirib.
Aysel Mətləb