Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi”

Trampdan sərt tənqid: “Starmer iki əsas məsələnin öhdəsindən gələ bilmədi”
21.06.2026 19:03 Dünya

ABŞ Prezidenti Donald Tramp Kir Starmerin Böyük Britaniyanın Baş naziri postundan tezliklə istefa verəcəyinə əminliyini ifadə edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Kir Starmer Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək. O, iki çox vacib məsələnin - immiqrasiya və energetika - (Şimal dənizi neftini açın!) öhdəsindən son dərəcə pis gəlib. Ona hər şeyin ən yaxşısını arzulayıram!" - paylaşımda bildirib.

Daha əvvəl "Sky News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniyanın XİN rəhbəri İvett Kuper Starmerlə söhbətində ona istefa verməli olduğunu deyib. Digər nüfuzlu daxili işlər naziri Şabana Mahmud da bu fikirdə onunla həmrəydir.

"The Observer" həmçinin Starmerin elə iyunun 22-də öz istefasını elan edə biləcəyi ehtimalını da istisna etməyib. Nəşrin məlumatına görə, əks təqdirdə, iyunun 23-də Nazirlər Kabinetinin iclasında ondan açıq şəkildə postunu tərk etməsi istəniləcək.

Starmerin istefası ilə bağlı söhbətlər onun partiyadaşı, Böyük Mançester qraflığının meri Endi Bernemin iyunun 18-də Britaniya parlamentinin İcmalar Palatasına (aşağı palata) keçirilən əlavə seçkilərdə qalib gəlməsindən sonra aktivləşib. Bu qələbə Bernemə leyboristlərin sol cinahının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxumaq imkanı verib.

Böyük Britaniyada siyasi böhran mayın 7-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdən sonra alovlanıb. Seçkinin yekunlarına əsasən, Leyboristlər Partiyası ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarına leyboristlər əvvəllər malik olduqları ilə müqayisədə 1,4 min daha az nümayəndə keçiriblər. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb, lakin leyboristlərin lideri və baş nazir postlarından getməkdən imtina edib.

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - FOTO 00:02 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO 20:24 Voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurdu 21:21 ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu 20:21 Trampın İran strategiyası: blokada, məhdud zərbələr və iqtisadi təzyiq 21:19 Qalibaf Trampın təhdidlərinə cavab verdi: "Bəyanatlarınıza fikir verin" 20:58 İran heyəti Trampın təhdidlərindən sonra danışıqlar məkanını tərk etdi 20:56 Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi BƏLLİ OLDU 15:33 "Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin 20:27 ABŞ-da təyyarə qəzası: 3 İsrail vətəndaşı öldü 20:05 Şirvanda açıq ərazidə yanğın baş verdi - VİDEO 20:18 Hindistanda fabrikdə ammonyak sızması nəticəsində yeddi nəfər öldü 18:32 Boksçularımız "Olimpiya ümidləri" turnirində 12 medal qazandılar 19:26 Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI 16:42 All News