Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO

Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO
11.08.2026 13:05 Dünya

ABŞ Prezidenti Donald Tramp İrandan gələn sui-qəsd təhdidlərindən sonra Türkiyədə keçirilən NATO sammitindən təhlükəsizlik tədbirləri çərçivəsində gizli şəkildə ayrılıb. 

TodayPress TV  “Vaşinqton Post”a istinadən xəbər verir ki, Tramp Türkiyəyə Qətərin hədiyyə etdiyi yeni “Boeing 747-8” təyyarəsi ilə gəlib. 

Bu, həmin təyyarənin ABŞ prezidentinin beynəlxalq səfəri zamanı ilk istifadəsi olub.

Lakin geri dönüş zamanı Tramp əvvəlcə media nümayəndələrinin qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. O, bu təyyarə ilə uçmaq istədiyini və bunun “köhnə günlərin xatirinə” olduğunu bildirib.

Bununla belə, Tramp və bir neçə köməkçisi təyyarəyə mindikdən bir neçə dəqiqə sonra jurnalistlərdən gizli şəkildə başqa təyyarəyə keçirilib.

Məlumata görə, onlar hava limanında istifadə olunan iaşə yük maşınının köməyi ilə təyyarənin media nümayəndələrinin görmədiyi digər hissəsinə aparılıb və oradan C-32A tipli, modifikasiya edilmiş “Boeing 757” təyyarəsinə keçirilib.

Təyyarədə olan jurnalistlər və bəzi Ağ Ev əməkdaşları Trampın artıq həmin təyyarədə olmadığını bilməyiblər.

Məlumata görə, hər iki təyyarə Böyük Britaniyadakı “RAF Mildenhall” aviabazasına cəmi bir neçə dəqiqə fərqlə enib.

Jalə Rövşən 

NEWS FEED
11 AUGUST 2026
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 All News