Tramp Kanada tariflərini 3 gün dayandırdı
ABŞ Prezidenti Donald Tramp Kanadaya tətbiqi planlaşdırılan 50 faizlik tariflərin qüvvəyə minməsini 3 gün təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında bildirib.
ABŞ lideri eyni zamanda Kanadanın Alberta əyalətindən Texas ştatına qədər uzanması planlaşdırılan "Keystone XL" neft kəməri layihəsinin yenidən gündəmə gətirilə biləcəyini açıqlayıb. Layihə Co Bayden administrasiyası dövründə bloklanmışdı.
Qeyd edək ki, ABŞ iyul ayında Kanadadan idxal olunan bir sıra mallara əlavə 50 faizlik tarif tətbiq etmək qərarı vermişdi. Enerji məhsulları, kalium duzları, dəniz məhsulları və bəzi vacib minerallar isə istisna edilib.
Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ tariflərinə cavab verməyə hazır olduğunu, lakin tədbirlərin yalnız tariflər qüvvəyə mindikdən sonra görüləcəyini bildirib.
Türkan İsgəndərli