Süni intellekt liderləri dünyaya mesaj verdilər: Beynəlxalq qaydalar yenidən yazılmalıdır

Süni intellekt liderləri dünyaya mesaj verdilər: Beynəlxalq qaydalar yenidən yazılmalıdır
23.06.2026 07:00 Dünya

Süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri Fransada keçirilən "Böyük yeddilik" (G7) sammitində dövlət başçıları ilə eyni səviyyədə iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Nəşrin qiymətləndirməsinə görə, dünyanın ən böyük süni intellekt şirkətləri artıq gələcəyin qlobal iqtisadiyyatını, rəqəmsal infrastrukturunu və təhlükəsizlik sistemlərini formalaşdıran əsas qüvvələrdən birinə çevrilib. Bu isə onları beynəlxalq siyasi proseslərin mühüm iştirakçıları sırasına çıxarır.

Sammitə dəvət olunan texnologiya sənayesi liderləri arasında "OpenAI" şirkətinin rəhbəri Sem Altman, "Anthropic" şirkətinin rəhbəri Dario Amodei, "DeepMind" şirkətinin baş direktoru Demis Hassabis və Fransanın "Mistral" şirkətinin təsisçisi Artur Menş də yer alıb.

Onlar "Böyük yeddilik" ölkələrinin liderləri ilə qapalı görüşlər keçirərək texnologiyaların tənzimlənməsi, beynəlxalq əməkdaşlıq və demokratik dövlətlərin texnoloji üstünlüyünün qorunması məsələlərini müzakirə ediblər.

Dario Amodei Qərb ölkələrini parçalanmadan çəkinməyə və geosiyasi üstünlüyü qorumaq məqsədilə süni intellekt sahəsində səylərini əlaqələndirməyə çağırıb.

Sem Altman isə texnologiyaların sınaqdan keçirilməsi və risklərin qiymətləndirilməsi üzrə vahid beynəlxalq standartların hazırlanması üçün qlobal platformanın yaradılmasını təklif edib. O vurğulayıb ki, süni intellektin inkişafı ilə bağlı strateji qərarlar dövlətlərin və cəmiyyətin iştirakı olmadan yalnız özəl şirkətlər tərəfindən qəbul edilməməlidir.

Demis Hassabis bildirib ki, bəşəriyyət böyük tarixi dönüş nöqtələri ilə müqayisə oluna biləcək yeni bir dövrün astanasındadır. "DeepMind" rəhbəri süni intellektin standartlaşdırılması məqsədilə demokratik ölkələrin himayəsi altında beynəlxalq qurumun yaradılmasını təklif edib.

"Axios" qeyd edir ki, baş verənlər təsir gücünə görə ən iri texnologiya şirkətlərinin milli dövlətlərlə müqayisə oluna biləcəyi yeni dünya nizamının formalaşdığını göstərir.

TodayPress TV

NEWS FEED
23 JUNE 2026
DÇ-2026: Əlcəzair İordaniyanı məğlub etdi 09:25 İrandan AEBA müfəttişləri ilə bağlı iddialara təkzib 09:13 Rusiyada qasırğa həyatı iflic etdi - VİDEO 09:07 XİN-dən dövlət qulluqçularına təbrik mesajı: Ölkəmizin inkişafında onların rolu əvəzsizdir 08:41 İran Hörmüz boğazı üçün yeni addım atır: Rabitə xətti istifadəyə verilir 08:32 DÇ-26: Norveç Seneqalı məğlub etdi 08:24 Yayda qəhvə içənlərə xəbərdarlıq: Ürəyiniz üçün təhlükəli ola bilər 23:55 Süni intellekt liderləri dünyaya mesaj verdilər: Beynəlxalq qaydalar yenidən yazılmalıdır 23:53 Süni intellekt ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi sistemlərinə daxil olub 23:51 Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır 23:50 Günəşin yeganə aktiv mərkəzi tezliklə Yerə doğru dönəcək 23:48 Musiqi prodüseri Klayv Devis vəfat etdi 23:10 Konqoda naməlum xəstəlik: Simptomların görünməsindən 24 saat sonra öldürür 23:47 Kanadada sinaqoqun qarşısında atışma - ölənlər var 00:49 "Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı 23:45 Tramp NATO müttəfiqlərini tənqid etdi: İtaliya və Almaniya bizi dəstəkləmədi 00:51 Tramp İranın nüvə proqramı ilə bağlı gözləntisini açıqladı 23:57 Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 All News