Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi

Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi
19.06.2026 23:20 Dünya

Bir qrup ABŞ senatoru Rusiyanın xaricdə bloklanmış aktivlərinin vəsaitlərindən istifadə etməklə Ukrayna üçün silahların alınmasını nəzərdə tutan qanun layihəsini konqresin yuxarı palatasının müzakirəsinə təqdim edib.

TodayPress TV xəbər verir ki, sənəd Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin və digər suveren aktivlərinin bu məqsədlərə yönəldilməsini nəzərdə tutur.

Hərbi təchizat və döyüşə hazırlığın qorunması üçün müsadirə edilmiş əmlak haqqında qanun layihəsinin təşəbbüskarları qismində Demokratlar Partiyasının nümayəndələri - Tim Keyn (Virciniya), Kris Kuns (Delaver) və Şeldon Uaythaus (Rod-Aylend), eləcə də respublikaçılar - Con Kornin (Texas), Rocer Uiker (Missisipi) və Çak Qrasli (Ayova) çıxış ediblər.

Bununla yanaşı, "The War Zone" nəşri yazıb ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Pentaqondan Ukraynaya əlavə "Patriot" ("PAC-3") zenit raketlərinin tədarükü imkanı barədə məlumat istəyib.

Bildirilib ki, komitə Müdafiə Nazirliyinə 2026-cı il oktyabrın 1-dən gec olmayaraq "PAC-3" raket əleyhinə vasitələrin mövcud ehtiyatları, onların Ukraynaya tədarükü imkanları, həmçinin belə tədarüklərin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına və müttəfiqlərin sifarişlərinin icrasına təsiri ilə bağlı qiymətləndirmənin olduğu hesabat təqdim etməyi tapşırıb.

TodayPress TV

NEWS FEED
20 JUNE 2026
DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 All News