Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır

Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır
30.07.2026 11:13 Dünya

Ukrayna rəsmiləri rəsmi əsir mübadiləsindən sonra yenidən cəbhəyə göndərilən və ikinci dəfə Ukrayna qüvvələrinə təslim olan rus hərbçiləri ilə bağlı maraqlı statistika açıqlayıblar.

TodayPress TV xəbər verir ki, "RBC-Ukraine"nin yaydığı məlumata görə, Kiyevdə fəaliyyət göstərən Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı rəsmi əsir mübadiləsi çərçivəsində Rusiyaya qaytarılan bəzi hərbçilərin yenidən döyüş bölgəsinə göndərildikdən sonra ikinci dəfə Ukraynaya təslim olduqlarını bildirib.

Qərargahın məlumatına əsasən, hazırda Ukraynada saxlanılan rusiyalı hərbi əsirlər arasında ikinci dəfə əsir düşən təxminən 20 nəfər var.

Ukrayna rəsmilərinin iddiasına görə, bunun əsas səbəbi Rusiyada mübadilə edilən hərbçilərin istirahətə buraxılmadan yenidən cəbhəyə göndərilməsidir. Bildirilir ki, Ukrayna qanunvericiliyinə əsasən isə əsirlikdən geri qaytarılan hərbçilər məcburi şəkildə yenidən döyüşlərə cəlb edilmir.

Ukrayna tərəfi hesab edir ki, ikinci dəfə təslim olan hər bir rus hərbçisi gələcək əsir mübadilələri üçün əlavə imkan yaradır.

Rusiya tərəfi isə sözügedən iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Jalə Rövşən 

NEWS FEED
30 JULY 2026
“Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 All News