Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı
Rusiyanın büdcə gəlirləri yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 22,1 trilyon rubla yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Sözügedən dövrdə büdcə xərclərinin isə 14,5 faiz artımla 28,6 trilyon rubla çatdığı bildirilərkən, büdcə kəsirinin də 32,3 faiz artaraq 6,5 trilyon rubla (təxminən 79 milyard dollar) yüksəldiyi qeyd edilib.
Açıqlamada ölkənin neft və təbii qazdan kənar gəlirlərinin yanvar-iyul dövründə 18,3 faiz artaraq 17,52 trilyon rubla yüksəldiyi, neft və təbii qaz gəlirlərinin isə 16,8 faiz azalaraq 4,6 trilyon rubla gerilədiyi vurğulanıb.
Buna baxmayaraq, ilin ilk 7 ayında əldə edilən neft və təbii qaz gəlirlərinin büdcədə nəzərdə tutulan baza səviyyəsindən yüksək olduğu bildirilib.
Aysel Mətləb