Rusiya yoxa çıxır, nə edirsiniz?

Rusiya yoxa çıxır, nə edirsiniz?
19.06.2026 14:06 Dünya

Rusiyanın tanınmış hərbi xadimi, istefada olan general-polkovnik Leonid İvaşov Ukraynaya qarşı aparılan müharibəni kəskin tənqid edib.

TodayPress TV xəbər verir ki, uzun illər Ümumrusiya Zabitlər Assambleyasına rəhbərlik etmiş İvaşov hazırkı müharibənin Rusiyanın elan etdiyi məqsədlərə çatmadığını bildirib.

General 1999-cu ildə Rusiya qoşunlarının Priştinaya yürüşünü uğurlu xüsusi əməliyyat kimi qiymətləndirərək, həmin əməliyyatın itki olmadan həyata keçirildiyini və ölkəyə beynəlxalq nüfuz qazandırdığını xatırladıb. Onun sözlərinə görə, Ukraynadakı müharibə isə böyük itkilərə baxmayaraq qarşıya qoyulan məqsədlərin heç birini reallaşdıra bilməyib.

İvaşov Rusiya rəhbərliyini sərt tənqid edərək ölkənin həm xarici siyasətdə, həm də daxili idarəçilikdə ciddi problemlərlə üzləşdiyini deyib. O, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədiyini, region ölkələrinin isə getdikcə Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlığa üstünlük verdiyini vurğulayıb.

General ölkədə fərqli fikirlərə qarşı təzyiqləri və "xarici agent" statusunun geniş tətbiqini də tənqid edib. O, Ukrayna pilotsuz uçuş aparatlarının hətta iri beynəlxalq tədbirlər zamanı belə Rusiya ərazisinə zərbələr endirə bilməsini təhlükəsizlik sahəsində ciddi uğursuzluq kimi qiymətləndirib.

İvaşovun sözlərinə görə, Rusiya nə əməliyyat-taktiki, nə də strateji səviyyədə mühüm uğur əldə edə bilib. O, sənaye, elm, təhsil, səhiyyə və iqtisadiyyatda dərin problemlərin mövcud olduğunu, qiymət artımı və həyat səviyyəsinin aşağı düşməsinin cəmiyyətdə narahatlıq yaratdığını bildirib.

General, həmçinin korrupsiya, demoqrafik geriləmə və ərzaq məhsullarının keyfiyyətinin pisləşməsini ölkənin əsas problemləri sırasında göstərib. Onun fikrincə, Rusiya beynəlxalq arenada getdikcə daha çox təcrid olunur və Çinin Moskvanın təqdim etdiyi qədər etibarlı müttəfiq olmadığı da görünür.

İvaşov nüvə silahından istifadənin mövcud problemləri həll etməyəcəyini, əksinə, bütün tərəflər üçün fəlakətli nəticələr doğuracağını qeyd edib.

Sonda o xəbərdarlıq edib ki, Ukrayna müharibəsində strateji məğlubiyyət Rusiyanın gələcəyi üçün son dərəcə ağır nəticələrə səbəb ola bilər.

Qiymət Mahir

NEWS FEED
19 JUNE 2026
Amerika ilə müharibə bitdi: İran qolunu çırmalayıb, Qafqaza girir 17:20 Ölkədə dəhşət yaşanır – Rusiyanın cəmi 10 qırıcısının qaldığı deyilir 17:12 Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi 17:04 Temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 16:52 Şahmatçımız dünya çempionunu MƏĞLUB ETDİ - VİDEO 16:38 Qızıl mədəni vuruldu - qan su yerinə axdı - VİDEO 16:23 Müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparıldı 16:25 Ukrayna Moskva səmasını ələ keçirdi, “28 Panfilovçu” filmini çəkir – Bütün Rusiya canlı tamaşa edir 16:09 Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 All News