Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO
Rusiya Ukraynaya genişmiqyaslı hücum edib.
TodayPress TV xəbər verir ki, Ukrayna rəsmilərinin yaydığı məlumata əsasən, Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib.
Məlumata görə, Krivoy Roqda raketin yaşayış binasına düşməsi nəticəsində çoxuşaqlı ailənin 6 üzvü həlak olub. Ölənlər arasında 5 və 12 yaşlı iki qız uşağı da var. Hadisə zamanı daha 8 nəfər xəsarət alıb. Yaralılar arasında 6 və 15 yaşlı iki oğlan uşağının olduğu bildirilib.
Kiyevdə həyata keçirilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Lvov şəhərində raket zərbələri nəticəsində 15 nəfər xəsarət alıb.
Poltava rayonunda isə hücum zamanı 1 nəfər həlak olub. Zərbələr nəticəsində anbarlar və "Nova Poçta" terminalına ziyan dəyib. Bundan əlavə, özəl müəssisələrdən birinə məxsus anbarlarda yanğın baş verib.
Kiyev vilayətində raket hücumları nəticəsində 5 nəfər yaralanıb, fərdi yaşayış evlərindən biri qismən dağılıb.
Jalə Rövşən