Rusiya Taylanddan "dünya səviyyəli haker"ini tələb edir

Rusiya Taylanddan "dünya səviyyəli haker"ini tələb edir
05.02.2026 18:00 Dünya

Moskva ABŞ hakimiyyət orqanlarının tələbi ilə Phuketdə saxlanılan Rusiya vətəndaşının ekstradisiyasını tələb etməyə davam edir.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Taylanddakı səfiri Yevgeni Tomixin RTVI-yə verdiyi müsahibədə bildirib.

Səfirin sözlərinə görə, ekstradisiya tələbi yalnız Rusiyaya aid deyil; ABŞ də  həmin Rusiya vətəndaşının ekstradisiyasını istəyir. Federal Təhqiqat Bürosu (FTB) Rusiya vətəndaşını haker hücumlarında ittiham edir.

Noyabrın 13-də ABŞ-nin tələbi ilə Phuketdə haker hücumunda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb. Saxlanılan şəxsin əvvəllər Avropa və ABŞ-də dövlət qurumlarının təhlükəsizlik sistemlərinə daxil olmuş 35 yaşlı "dünya səviyyəli haker" olduğu ortaya çıxıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi 30 oktyabrda Taylanda gəlib və Phuket əyalətində yaşayırmış. Onun üzərindən noutbuklar, mobil telefonlar və rəqəmsal cüzdanlar götürülərək əlavə texniki təhlil üçün araşdırmaya verilib.

Xatırladaq ki, yanvarın 7-də Rusiya həmin vətəndaşı beynəlxalq axtarışa verib. Ölkəsində isə o, cinayətkar təşkilat yaratmaq və informasiya texnologiyalarından istifadə edərək oğurluq etməkdə ittiham olunur.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər