Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir

Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir
06.08.2026 17:50 Dünya

Rusiya Xarici İşlər Nazirliyi  Qərb ölkələrini Ukraynanın Rusiya ərazisində mülki əhaliyə qarşı həyata keçirdiyi dron hücumlarını dəstəkləməkdə və təşviq etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə deyib.

Bildirilib ki, mülki şəxslərə qarşı terror aktları əsasən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilir və bu dronların, eləcə də onların komponentlərinin əsas təchizatçıları "könüllülər koalisiyası" adlandırılan ölkələrdir.

XİN vurğulayıb  ki, iyun ayında Böyük Britaniya, Fransa və Almaniya liderləri birgə bəyanat yayaraq Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün dron texnologiyasından "innovativ istifadə"ni açıq şəkildə alqışlayıblar.

Məlumatda qeyd olunub ki, Qərb ölkələri Kiyev hakimiyyətinin mülki əhaliyə qarşı dron hücumlarını təkcə dəstəkləmir, həm də bu hücumların həyata keçirilməsi üçün Ukraynaya "kart-blanş" verir.

Rusiya tərəfi bununla Qərb dövlətlərinin sözügedən hücumlarda məsuliyyət daşıdıqlarını və baş verən hadisələrdə ortaq olduqlarını iddia edir. 

Jalə Rövşən 

NEWS FEED
06 AUGUST 2026
"Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı 19:10 Sarukyanın bütün əmlakı əlindən alınır? - Siyasətçiyə qarşı yeni ittihamlar irəli sürüldü 19:00 Çinin qorxduğu ssenari gerçəkləşir: Yaponiyanın F-2-ləri Hindistanda! 18:47 "Real Madrid" TƏSDİQLƏDİ - Klub tarixinin ən bahalı transferi gerçəkləşdi 01:41 İsrail-Livan danışıqlarının 7-ci raundu Romada davam edir - DETALLAR 18:32 Sərnişinlərin NƏZƏRİNƏ! - 6 avtobusun marşrutu dəyişdi 18:25 Ukraynanın gizli dron şəbəkəsi - Günə 200-dən çox PUA! 18:10 Qərbi Nil virusu kütləviləşir: 23 yeni yoluxma faktı üzə çıxdı 18:08 Husilər dayanmır! - Yəməndə hərbi düşərgələr hədəf alındı 18:04 Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın! 17:58 Rusiya XİN : Qərb Kiyevin mülki şəxslərə qarşı dron hücumlarına şərikdir 17:50 Azərbaycan XİN Boliviyanı təbrik etdi 17:51 Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı - ÖLƏNLƏR VAR 17:35 Macarıstan zəfərindən sonra Norrisdən maraqlı açıqlama! 17:06 Gözlər yüksək təzyiqin aynasıdır – Oftalmoloqdan vacib xəbərdarlıq 17:00 Acı qidalardan kimlər uzaq durmalıdır? – Qastroenteroloq açıqladı 16:53 Gələcəyin peşələri dəyişir: Gənclər ən çox hansı ixtisaslara üz tutur? 16:48 Metroda 10 aylıq fasilə: Bakı nəqliyyatında nələr dəyişəcək? 16:45 Estoniyada məktəblilər üçün dron kursu başlayır 16:44 Husilər Yəməndəki hərbi düşərgələrə hücumu TƏSDİQLƏDİ 19:39 All News