Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var

Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var
09.08.2026 20:43 Dünya

Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrində “Naftoqaz” qrupuna daxil olan obyektlərə kütləvi hücumlar həyata keçirib.

TodayPress TV xəbər verir ki, “Naftoqaz”ın məlumatına görə, hücumlar “Ukrnafta”nın hasilat obyektlərinə və şirkətə məxsus qazma sahəsinə yönəlib. Hasilat infrastrukturuna qarşı onlarla zərbə dronundan istifadə edilib.

Hücum nəticəsində obyektlərdə ciddi dağıntılar yaranıb, avadanlıqların bir hissəsi sıradan çıxıb və işlər dayandırılıb. Təhlükəsizlik tədbirləri sayəsində hücuma məruz qalan obyektlərin əməkdaşları arasında xəsarət alan olmayıb.

Bildirilib ki, avqustun 7-si və 8-də “Ukrnafta” şəbəkəsinin Dnepropetrovsk, Zaporojye və Nikolayev vilayətlərində yerləşən 7 yanacaqdoldurma kompleksi də dron hücumlarının hədəfi olub.

Məlumata görə, hücumlardan biri nəticəsində yanacaqdoldurma məntəqəsinin əməkdaşı xəsarət alıb. Hazırda o, xəstəxanada müalicə olunur.

Həmçinin avqustun 8-də Rusiyanın mərkəzi Ukraynada yerləşən “Naftoqaz”ın istehsal obyektlərinə reaktiv dronlarla hücum etdiyi bildirilib. Hücum zamanı əməkdaşlar sığınacaqda olublar. Zərbələr nəticəsində obyektə ciddi ziyan dəyib.

Kübra Musayeva

NEWS FEED
09 AUGUST 2026
Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 "Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 All News