Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"

Rubio: "İranın Hörmüz boğazına nəzarətinə imkan verilməyəcək"
30.03.2026 17:10 Dünya

"İran Hörmüz boğazında hansısa bir sistem qurmaqla hədələyir və orada bu beynəlxalq su yolundan kimin keçə biləcəyinə qərar verəcəklər. Biz buna icazə verməyəcəyik".

TodayPress TV  xəbər verir ki,  bunu  ABŞ dövlət katibi Marko Rubio "ABC" kanalına müsahibəsində deyib. 

O, neft daşımalarının əhəmiyyətli bir hissəsini bu marşrutdan istifadə edən ölkələrin, ilk növbədə, İranın təhdidlərindən narahat olmalı olduğunu vurğulayıb.

"Prezidentin bir neçə variantı var. Hərbi Nazirlik bu və yarana biləcək digər gözlənilməz halları həll etmək üçün prezidentə variantlar hazırlayır", – deyə ABŞ dövlət katibi əlavə edib.

Qeyd edək ki, dünya neftinin və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Fars körfəzini Oman dənizi ilə birləşdirən Hörmüz boğazından keçir. Martın əvvəlində İran, ABŞ-İsrail əməliyyatına cavab olaraq, İnqilab Keşikçilərinin kanalın nəzarətini ələ keçirdiyini və ABŞ və ya İsraillə əlaqəli hər hansı bir tankerə hücum etməklə hədələdiyini açıqlayıb. Daha sonra  isə İran parlamenti, ticarət gəmilərinin Hörmüz boğazından keçməsi üçün rüsum ödəməsini tələb edən yeni qanunun hazırlandığını elan edib.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 JULY 2026
II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 All News