Qərbin “könüllülər koalisiyası” Ukraynaya qoşun göndərməyəcək

Qərbin “könüllülər koalisiyası” Ukraynaya qoşun göndərməyəcək
07.01.2026 13:21 Dünya

Fransa bildirib ki,  Böyük Britaniya istisna olmaqla Qərbin “könüllülər koalisiyası” Ukraynaya qoşun göndərməyəcək, 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Vətənpərvərlər Partiyasının sədri Florian Filippot sosial media səhifəsində  Almaniya, ABŞ və İtaliyanın bu addımı riskli saydığını bildirib.

Onun sözlərinə görə,  bu, qaçılmaz olaraq Rusiyaya qarşı müharibəyə səbəb ola bilər.

Qeyd edək ki, yanvarın 6-da Parisdə Avropa liderləri, ABŞ Prezidentinin səfiri Stiv Uitkoff və ABŞ Prezidenti  Donald Trampın kürəkəni Cared Kuşnerin qatıldığı “könüllülərin koalisiyası” sammiti keçirilib. Görüşdə Prezident Volodimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.

Zirvə görüşündən sonra Uitkoff Ukraynadakı münaqişənin həlli istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə edildiyini bildirib. O, buraya Kiyev üçün təhlükəsizlik zəmanətlərinin və ölkənin iqtisadi çiçəklənməsi üçün planın daxil olduğunu qeyd edib.

Lakin “Politico” qəzetinin məlumatına görə, ABŞ Parisdə keçirilən sammitdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı birgə bəyanata imza atmayıb.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməli olduğunu bildirmişdi.

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News