"Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi
Rusiyanın enerji nəhəngi "Qazprom"un səhmləri son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
TodayPress TV xəbər verir ki, məlumata görə, şirkətin bazar dəyəri hətta 2008-ci il qlobal maliyyə böhranı dövründə qeydə alınan göstəricilərdən də aşağı enib.
Maliyyə bazarlarında aparılan müqayisəyə əsasən, əgər investor 2006-cı ildə "Apple" səhmlərinə 1000 ABŞ dolları yatırmış olsaydı, bu investisiyanın bugünkü dəyəri 200 min dollardan çox olardı. Eyni məbləğ "Qazprom" səhmlərinə yatırıldığı halda isə investisiyanın dəyərinin təxminən 123 dollara qədər azaldığı bildirilir.
Qeyd edək ki, "Qazprom"un səhmlərinin dəyərinə son illərdə Rusiyaya tətbiq olunan sanksiyalar, Avropaya qaz ixracının azalması və enerji bazarındakı dəyişikliklər ciddi təsir göstərib.
Türkan İsgəndərli