Putin Türkmənistana səfər edəcək

Putin Türkmənistana səfər edəcək
10.12.2025 14:55 Dünya

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Sülh və Etimad ilinə həsr olunmuş Forumda iştirak etmək üçün dekabrın 11–12-də Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Forum həmçinin Beynəlxalq Bitərəflik Gününə və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunub.

Qeyd edək ki, Putin dekabrın 4–5-də Hindistana iki günlük dövlət səfəri edib. Səfər çərçivəsində Yeni Dehlidə Rusiya Prezidenti ilə Hindistanın Baş naziri Narendra Modi arasında görüş keçirilib. Görüşdə hərbi, iqtisadi əməkdaşlıq və Ukrayna münaqişəsi də daxil olmaqla bir sıra geosiyasi məsələlər müzakirə olunub. Danışıqlardan sonra tərəflər strateji tərəfdaşlığın inkişafı ilə bağlı birgə bəyanat yayıblar.

Xatırladaq ki, bundan əvvəl Narendra Modi Hindistanla Rusiya arasında vizasız rejim üzərində iş aparıldığını da açıqlayıb.

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 All News