Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir?

Putin  haqda elə xəbər yayıldı ki... -  Ukraynadan qoşunlarını çəkir?
15.07.2026 15:07 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadan Rusiya qoşunlarının tam çıxarılmasına ilkin razılıq verdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, insayderlərin məlumatına  görə, üçüncü ölkələrin vasitəçiliyi ilə keçirilən qapalı məsləhətləşmələr zamanı Putin Rusiyanın bütün hərbi qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış 1991-ci il sərhədlərindən kənara çıxarmağa hazır olduğunu bildirib. 

İddialara əsasən, Kremlin əsas şərti Ukraynanın neytral statusunun hüquqi cəhətdən təmin edilməsi, NATO-ya üzvlükdən imtina etməsi və ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə məhdudiyyət qoyulmasıdır.

Bildirilir ki, danışıqlar son günlər Türkiyə, Çin və ABŞ-nin iştirakı ilə aparılıb.

Məlumata əsasən, Ukrayna tərəfi təklifləri qəbul edib araşdırır və hazırda Kiyevdə, eləcə də beynəlxalq tərəfdaşları ilə təcili məsləhətləşmələr aparır.

Qeyd edək ki,  Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Prezident Volodimir Zelenski ilə görüşmək və Avropa İttifaqı ilə Ukrayna arasında müdafiə əməkdaşlığını dərinləşdirmək, xüsusilə dron istehsalına diqqət yetirmək üçün Kiyevə rəsmi səfər edib. 

Jalə Rövşən 

NEWS FEED
15 JULY 2026
Tehranda Çeşmə bazarında etirazlar BAŞLADI - VİDEO 19:52 Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi 19:41 Messinin komandası DÇ-dan uzaqlaşdırılacaq? 19:27 Əskinas dəyişmir, şrift dəyişir - Səbəb Rusiyadır 19:19 30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR 19:12 Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 All News