Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir?
Pentaqon düşmənlərin süni intellektin köməyilə bu məlumatlardan istifadə edə biləcəyi təhlükəsini əsas gətirərək, onilliklər ərzində aparılan silah sınaqları hesabatlarını ictimai girişdən yığışdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, iyulun 30-da Pentaqonun silah sınaqları idarəsinin direktoru Emi Henninger əsas silah proqramlarının qiymətləndirilməsi vəziyyəti haqqında məxfi olmayan illik hesabatların 25 illik arxivinə çıxışı məhdudlaşdırıb.
İdarədə bunu ABŞ-nin əməliyyat təhlükəsizliyinin möhkəmləndirilməsi tədbiri adlandıraraq izah ediblər ki, xarici rəqiblər süni intellektin köməyilə pərakəndə məxfi olmayan məlumatları ABŞ-nin müdafiə imkanlarının zəiflikləri barədə təfərrüatlı profillərdə birləşdirə bilərlər.
Aysel Mətləb