Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – VİDEO

Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – VİDEO
12.05.2026 23:20 Dünya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.

TodayPress TV xəbər verir ki, hadisə Paşinyanın İrəvanda seçkiqabağı kampaniyası zamanı baş verib.

Səs yazısında Mirzoyanın Paşinyanın qulağına “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir. Xarici işlər naziri danışarkən Baş nazir əvvəlcə sinəsindəki mikrofonu əli ilə örtməyə çalışır, sonra isə nazirə səsin açıq olduğunu bildirir. Daha sonra bu barədə danışan Paşinyan söhbətin Türkiyədən Ermənistana mal ixracı qaydalarının dəyişdirilməsindən getdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan Türkiyə tərəfinin qaydalarında ixrac ölkələri siyahısına daxil deyildi, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə tədarük olunan kimi rəsmiləşdirilir, sonra isə Ermənistana təkrar ixrac edilirdi.

Baş nazir yeni qaydalara əsasən Türkiyə tərəfinin sənədlərdə birbaşa Ermənistanı çatdırılma ölkəsi kimi göstərməyə icazə verdiyini qeyd edib.

Paşinyanın açıqlamasına baxmayaraq, səs yazısı sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 All News