Paşinyanın yası düşdü, təcili İrana yollanır
Ermənistanın Baş naziri Nikol Paşinyanın İranın mərhum ali lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan məlumat verib.
Şahverdyanın sözlərinə görə, Paşinyan daha əvvəl Əli Xameneinin və digər həlak olan şəxslərin ölümü ilə bağlı başsağlığı verib və hər hansı fövqəladə hal baş verməyəcəyi təqdirdə dəfn mərasiminə qatılacağını deyib.
“Mərasimi işıqlandırmaq üçün Ermənistandan media nümayəndələri, mədəni və ictimai xadimlər, iranşünaslar və fars dili üzrə mütəxəssislər də İrana səfər edəcəklər”, - Şahverdyan əlavə edib.
Qeyd edək ki, Əli Xameneinin 9 iyulda Məşhəddə dəfn ediləcəyi gözlənilir.
Nikol Paşinyanın dəfndə iştirak edəcəyi Ermənistan hökuməti tərəfindən rəsmən təsdiqlənməyib.