Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi

Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi
06.07.2026 17:55 Dünya

Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi vacibdir.

TodayPress TV xəbər verir ki, bunu Rusiya hökumətinin sədri Mixail Mişustin Yekaterinburqda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

Onun sözlərinə görə, Moskva Ermənistandan rusiyalı investorların hüquqlarının və qanuni maraqlarının qorunmasını gözləyir.

Mişustin vurğulayıb ki Rusiya 7 iyun parlament seçkilərindən sonra formalaşacaq yeni Ermənistan hökuməti ilə münasibətlərin inkişafına ümid edir: “Moskva Rusiya-Ermənistan münasibətlərinin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ruhunda daha da inkişaf etməsini gözləyir".

Paşinyan isə çıxışında Rusiya ilə problemli məsələlərin həll olunacağına ümid etdiyini bildirib. O, Ermənistan Avrasiya İqtisadi İttifaqında iştirakda maraqlı olduğunu qeyd edib: "Bu görüş ikitərəfli münasibətlər gündəliyinin bütün spektrini müzakirə etmək, qeydləri müqayisə etmək üçün yaxşı fürsətdir" .

Paşinyan deyib ki, Ermənistan bütün məsələlərin və nüansların konstruktiv müzakirəsi və aydınlaşdırılması niyyətindədir: “Son zamanlar bəzi problemli məsələlər ortaya çıxıb və ümid edirəm ki, biz onları müzakirə edib həll edəcəyik. Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya Federasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirmək əhval-ruhiyyəsindəyik. Əlbəttə ki, biz Aİİ-də iştirakımızda və Aİİ Müqaviləsində nəzərdə tutulan mexanizmlərin planlaşdırıldığı kimi işləməsini təmin etməkdə maraqlıyıq".

Ermənistan Baş naziri əlavə edib ki, bu, Aİİ-in gələcək inkişafı üçün maraq kəsb edir.

TodayPress TV

NEWS FEED
06 JULY 2026
Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır 20:59 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazi qazsız qalacaq 20:30 Mərdəkanda dənizdə 4 nəfər batdı: 2 nəfər xilas edildi 20:47 “Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı 20:26 Valideynlər üçün VACİB XƏBƏR - Sabah saat 11:00-da start verilir 20:20 Tramp özünü Teylor Sviftdən üstün saydı - VİDEO 20:05 “Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 All News