Papadan TƏKLİF: Növbəti Rusiya-Ukrayna görüşü Vatikanda ola bilər

Papadan TƏKLİF: Növbəti Rusiya-Ukrayna görüşü Vatikanda ola bilər
16.05.2025 15:32 Dünya

Papa XIV Leo Vatikanı Rusiya və Ukrayna arasındakı danışıqlar üçün yeni məkan kimi təklif edib.

TodayPress TV “La Stampa”ya istinadən xəbər verir ki, bunu Vatikanın dövlət katibi kardinal Pietro Parolin Avqustinyanumda keçirilən görüşdə deyib.

"Biz ümid edirdik ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində ləng, lakin müsbət proses başlaya bilər. Biz yenə də yolun başlanğıcındayıq" kardinal bildirib.

Parolin əlavə edib ki, hazırkı vəziyyət son dərəcə ağırdır. Papa XIV Leo tərəfindən təklif olunan vasitəçilikdən danışan kardinal qeyd edib ki, pontifik Vatikanın iki tərəf arasında birbaşa görüş imkanı yaradacağını nəzərdə tutub.

Parolin vurğulayıb ki, tək məqsəd hər iki tərəfin bir-biri ilə danışmasıdır.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Bütün Xəbərlər