Pakistanın hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirildi

Pakistanın hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirildi
11.04.2026 21:55 Dünya

Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında Kral Əbdüləziz Hərbi Hava Bazası ərazisində yerləşib.

TodayPress TV xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bugünkü bəyanatında əks olunub.

Bu addım iki ölkə arasında imzalanmış strateji müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilib.

Bildirilib ki, Pakistan kontingenti Hərbi Hava Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələrindən ibarətdir. Dislokasiyanın məqsədi birgə hərbi koordinasiyanı gücləndirmək, silahlı qüvvələr arasında operativ hazırlıq səviyyəsini artırmaq, həmçinin regional, beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyə töhfə verməkdir.

Xatırladaq ki, Riyad şəhərində 2025-ci il sentyabrın 17-də Səudiyyə Ərəbistanı Vəliəhdi Məhəmməd bin Salman və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən imzalanan strateji saziş müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflərdən birinə qarşı hər hansı xarici silahlı hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir.

Birgə bəyanatda qeyd olunub ki, saziş müdafiə sahəsində əməkdaşlığın inkişafını, qarşılıqlı çəkindirmə imkanlarının gücləndirilməsini nəzərdə tutur və hər iki ölkənin təhlükəsizliyinin təmininə xidmət edir.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 All News