Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artdı

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı artdı
20.08.2025 14:40 Dünya

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Belə ki, son sutka ərzində ölkənin cənub-qərbindəki Sind əyalətinin 20 sakini, o cümlədən regionun paytaxtı Kəraçidə 8 nəfər ölüb. Əhalisi təxminən 15 milyon nəfərə çatan meqapolisin əksər əraziləri su altında qalıb, sənaye müəssisələrinin, dəniz limanının və ictimai nəqliyyatın işi iflic olub.

Ən çox ölüm halları (360-dan çox) ölkənin şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində qeydə alınıb. Daşqın 349 yaşayış binasını tamamilə dağıdıb, 450-yə yaxın binaya isə ziyan dəyib.

Bir çox ərazilərdə nəqliyyat infrastrukturu dağıdılıb, mobil rabitədə fasilələr yaranıb. Hakimiyyət təbii fəlakət zonasından təxliyə edilənlər üçün 456 müvəqqəti düşərgə yaradıb.

Hayber-Paxtunxvada fövqəladə vəziyyət rejimi qüvvədədir, xilasetmə əməliyyatlarına 6 min hərbçi və könüllü cəlb olunub.

Qeyd edək ki, Pakistanda musson mövsümü adətən iyundan sentyabr ayına qədər davam edir və özüylə kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən, lakin tez-tez daşqınlara və digər təbii fəlakətlərə səbəb olan güclü yağışlar gətirir. Sinoptiklər leysanların sentyabrın ortalarına qədər davam edəcəyini proqnozlaşdırırlar.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 Bütün Xəbərlər