Oman sahillərində tanker ATƏŞƏ TUTULDU

Oman sahillərində tanker ATƏŞƏ TUTULDU
26.05.2026 19:46 Dünya

Böyük Britaniya Krallıq Donanmasının (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində tankerin atəşə tutulduğunu və yanacağın bir hissəsinin dənizə axdığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, insident Maskat şəhərindən 60 dəniz mili (təxminən 111 kilometr) şərqdə qeydə alınıb. Tankerin kapitanı gəminin sol bortunun arxa hissəsində, su xəttinə yaxın ərazidə xarici partlayış baş verdiyini bildirib.

UKMTO qeyd edib ki, ekipaj və gəmi təhlükəsiz vəziyyətdədir. Bununla belə, kapitanın sözlərinə görə, bunker yanacağının bir hissəsi dənizə sızıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Britaniya Hərbi Dəniz Qüvvələri bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyəti UKMTO-ya bildirməyi tövsiyə edib.

Qurumun daha əvvəl yaydığı statistikaya əsasən, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından sonra Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 All News