Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələndi: Tayms meydanında yeniyetmə güllələndi

Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələndi: Tayms meydanında yeniyetmə güllələndi
14.06.2026 16:27 Dünya

ABŞ-ın Nyu-York şəhərində "New York Knicks" komandasının NBA çempionluğunu qeyd edən azarkeşlərin sevinci xaosa çevrilib.

TodayPress TV "Fox News"a istinadən xəbər verir ki, Tayms meydanında baş verən iğtişaşlar zamanı 17 yaşlı yeniyetmə güllə yarası alıb.

Hadisə gecə saat 02 radələrində qeydə alınıb. Məlumata görə, yeniyetmə ayağından güllə yarası alıb və dərhal Bellevue xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Nyu-York Polisi hadisə ilə bağlı üç nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin olduğu ərazidə odlu silah da aşkar ediblər. Bununla belə, hələlik heç kimə rəsmi ittiham irəli sürülməyib.

Fox News yazır ki, "New York Knicks"in son 53 ildə ilk NBA çempionluğunu qazanmasından sonra minlərlə azarkeş şəhərin küçələrinə axışıb. Lakin bayram tədbirləri qısa müddətdə nəzarətdən çıxıb.

Reuters-in məlumatına görə isə, bəzi azarkeşlər məktəb avtobuslarına ziyan vurub, onlardan biri isə yandırılıb. Polis iğtişaşların qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələri və atlı polis dəstələrini hadisə yerinə cəlb edib.

Polis şəhərin müxtəlif hissələrində çoxsaylı saxlanılmaların həyata keçirildiyini təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb. İstintaq davam edir.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 All News